Teymur Rəcəbov Dvorkoviçin komandasında
FİDE və chess.com saytının 5-10 may tarixlərində keçirəcəyi şahmat üzrə onlayn Millətlər kubokunun iştirakçı komandalarının heyətləri elan edilib.

Azsport.az saytı xəbər verir ki, Rusiya, ABŞ, Avropa, Çin, Hindistan və dünyanın qalan hissəsinin yığmasının yarışacağı turnirdə sonuncuların heyətində Azərbaycan şahmatçısı Teymur Rəcəbov birinci lövhədə yer alacaq. Heyətdə həmçinin FİDE-ni təmsil edən iranlı Əlirza Firuzca, misirli Bassem Amin, ukraynalı Mariya Muzıçuk, eləcə də ehtiyat oyunçular perulu Xorxe Kori və qazaxıstanlı Dinara Saduakassova yer alıblar. Dünya yığmasının kapitanı isə FİDE prezidenti Arkadi Dvorkoviç olacaq.


Xəbər 653 dəfə oxundu.