"Roma" yarımmüdafiəçisi Cengiz Ünderi satmağa qərar verib
İtaliyanın paytaxt klubu “Roma” türkiyəli yarımmüdafiəçisi Cengiz Ünderi satmağa qərar verib.

A Seriyası təmsilçisi futbolçusunu sataraq bu keçiddən yüksək gəlir qazanmağı planlaşdırır.

Məlumatda bildirilir ki, İngiltərənin “Everton” komandası 22 yaşlı oyunçu ilə yaxından maraqlanır. İngiltərə klubunun baş məşqçisi Karlo Ançelottinin C.Ünderi komandada görməyi çox istədiyi vurğulanıb.

Qeyd edək ki, İspaniyanın “Sevilya” klubunun da bu futbolçunu transfer etməkdə maraqlı olduğu iddia olunur.

Xəbər 634 dəfə oxundu.