Devid Kulthard «İdman»nın 80 illiyində Bakıda şou göstərdi
İyunun 17-də Bakının mərkəzindəki Neftçilər prospektində improvizasiya edilmiş yarış trasında «Formula-1»in hazırkı çempionu «Red Bull Racing» komandasının göstəri xarakterli avtoyürüşləri baş tutdu. «Red Bull» şirkətinin Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil edilmiş bu nümunəvi çıxışlar, eyni zamanda, «İdman» qəzetinin 80 illik yubileyinə həsr olundu. Bu sürət bayramında Bakı sakinləri 2001-ci ildə Sebastyan Fettellə dünya çempionu olmaq, «Red Bull Racing» komandasına Konstruktorlar kubokunda əminliklə qalibiyyət əldə etmək imkanı vermiş «Formula-1»in ən sürətli yarış bolidini - RB7-ni öz gözləri ilə görə bildilər. RB7, bakılılara inanılmaz sürəti, manevrliliyi, baxımlı «ponçik» bişirməni və 2.5 saniyə ərzində saatda 0-dan 100 km-dək sürət yığmanın fenomenal xarakteristkalarını nümayiş etdirdi.
Bolidini tanınmış yürüşçü, «Formula-1»in canlı əfsanəsi, «Red Bull Racing» komandasının üzvü Devid Kulthard sürdü.

Qeyd edək ki, «Formula-1»in ən gənc komandalarından biri olan «Red Bull Reding» 2005-ci ildə yaradılıb. 7 il ərzində o, ən mötəbər avtomobil yürüşündə 29 qələbə, 69 podium və 41 poul-pozisiya qazanıb.
Sebastyan Fettel və Mark Uebberin daxil olduqları komanda 2010-2011-ci illərdə mütləq çempion adına yiyələniblər. İlk Adı çəkilən idmançı pilotlar arasında 2-qat dünya çempionu olub, komanda isə iki dəfə rəqibləri «Ferrari» və «McLaren»i geridə qoyaraq Konstruktorlar kubokunu əldə edib.
Devid Kulhard «Red Bull Reding» komandasının menecmentinə daxildir. Yeniyetmələr arasında «Formula»da görünməmiş yüksəlişdən sonra, o, «Formula-1»i fəthinə başlayıb. Andrian Nyuinin bolidlərində titullu yürüşçü 13 Qran-prinin qalibi olub, 62 dəfə podiuma qalxıb.

Ulduz idmançının Bakı şousuna gəlincə, 17:00-da başlanan nümunəvi çıxışlar 2 saat çəkdi. İlk öncə, Gürcüstandan olan pilotlar öz məharətlərini göstərdilər. Sonra növbə Devidə çatdı. Şotlandiyalı sürücü paytaxt prospektinə «İnfiniti» idman avtomobilində çıxdı. Onun maşınının çəkisi özü ilə birgə 162 kq təşkil etdi. Bu «İnfiniti» 750 at gücündə idi.
Tədbirin aparıcıları tez-tez Azərbaycan prezidenti cənab İlham Əliyevin 2012-ci ili «İdman ili» elan etməsini xatırladır və bu tədbirin həm də «İdman» qəzetinin 80 illik yubileyinə həsr olunduğunu vurğulayırdılar.

Şoudan sonra Kulhard media nümayəndələrinə Bakı səfəri barəsində danışdı. O dedi ki, paytaxtımıza gəlməkdəndən çox məmnundur: «Bakıda olmağıma şadam. Bura çox gözəldir. Paytaxtınızda bahalı avtomobillər və arxitektur binalar var. Ölkənizin idmana xüsusi diqqət göstərdiyindən xəbardaram. Avtoralli üçün ayrıca yollar çəksəniz, Bakıda böyük yarışlar keçirmək olar. Bugünkü tədbir çox gözəl alındı. Şounu izləmək üçün yol kənarına çoxlu tamaşaçı toplaşmışdı».






Xəbər 2794 dəfə oxundu.