Triatlonçumuz Kseniya Levkovskaya beynəlxalq reytinq cədvəlində irəliləyib
Avropa Triatlon Şurası qadın idmançıların növbəti reytinq cədvəlini açıqlayıb.

Azərbaycan milli komandasının üzvü Kseniya Levkovskaya reytinq cədvəlində 1 pillə irəliləyib. Belə ki, hesabında 1415 xal olan təmsilçimiz 48-ci pilləyə yüksəlib.

Reytinq cədvəlinin ilk üç pilləsində Böyük Britaniya təmsilçiləri – Corciya Teylor-Braun, Cessika Lernmos və Viki Holland yer alıblar.

Xəbər 669 dəfə oxundu.