İsveç Futbol Liqası ilk matçların 2020-ci ilin yayında keçirilməsinə icazə verməyi nəzərdə tutub
İsveç Futbol Liqası (Allsvenskan) ilk matçların 2020-ci ilin yayında keçirilməsinə icazə verməyi nəzərdə tutub.

Allsvenskan birinci matçın cari il iyunun 14-də keçirilməsinə icazə verməyi planlaşdırır.

Futbol Liqasının bəyanatında bildirilir: “Bu tarix menecerləri videobağlantı vasitəsilə təşkil olunan toplantısında 32 üzvdən ibarət klublar üçün elan olunub. Bütün klublar oyunlara iyunun 14-dən başlamağa razı olduqlarını nümayiş etdiriblər”.

Allsvenskanda əlavə ediblər ki, futbol klubları və təşkilatçılar bütün matçları azarkeşlərin iştirakı ilə keçirmək istəyirlər. Lakin onlar COVID-19 koronavirus pandemiyasının yayılmasının qarşısının alınmasından ötrü İsveç hakimiyyət orqanlarının göstərişlərinə hörmətlə yanaşırlar. Məhz ona görə yəqin ki, yaxın gələcəkdə bu məsələyə təkrar baxılacaq.

Qeyd edək ki, İsveçdə hava şəraiti ilə əlaqədar, ölkənin futbol liqasının matçları adətən apreldə başlayır və noyabrda sona çatır. Lakin bu il koronavirusun sürətlə yayılması üzündən, İsveçin hakimiyyət orqanları bir sıra təxirəsalınmaz tədbirlər görməyə, o cümlədən futbol matçları da daxil olmaqla iri layihələrin ləğvinə məcbur olublar.

AZƏRTAC

Xəbər 651 dəfə oxundu.