Formula 1 üzrə dünya çempionu virtual “SRO E-Sports GT Series” çempionatında iştirak edəcək
2009-cu ildə Formula 1 üzrə dünya çempionu olan Censon Batton virtual “SRO E-Sports GT Series” çempionatında iştirak edəcək.

Sabiq çempion yarışda “McLaren 720S GT3” adlı bolidlə mübarizə aparacaq və öz komandası – “Jenson Team Rocket RJN”i təmsil edəcək.

C.Batton ilə yanaşı, çempionatda sabiq Formual 1 pilotu Vitantonio Liutsi də yarışacaq. Pilot Formula 1 üzrə dünya çempionatında “Red Bull Racing”, “Toro Rosso”, “Force İndia” və HRT komandalarının şərərfini qoruyub.

Çempionatın birinci yarışı aprelin 26-də Silverstoun avtodromunda təşkil olunacaq. Daha sonra Spa, Nyurburqrinq və Barselona mərhələlərinin keçirilməsi nəzərdə tutulub. Çempionatın finalı isə iyunun 14-də azarkeşlərin səsverməsi nəticəsində müəyyənləşəcək trasda baş tutacaq.


Xəbər 668 dəfə oxundu.