Bu il UEFA Çempionlar Liqasının oyunları VAR sistemi tətbiq edilmədən keçirilə bilər
UEFA bu il Çempionlar Liqasının oyunlarında “Video-Köməkçi Hakim” (VAR) sisteminin tətbiqini müvəqqəti dayandıra bilər.

Turnir bu il davam edərsə, o zaman VAR dayandırılacaq, çünki mübahisəli məsələlərə baxanda hakimlər koronavirus pandemiyasına görə sosial məsafəni saxlaya bilməyəcəklər. Bu qərar, həmçinin UEFA Avropa Liqasının oyunlarına da təsir edəcək. Məsələ bu gün keçiriləcək UEFA İcraiyyə Komitəsinin videokonfransında müzakirə olunacaq.


Xəbər 643 dəfə oxundu.