Sebastyan Fettel Formula 1 yarışlarının azarkeşsiz keçirilməsinin əleyhinədir
Formula 1 rəhbərliyi mövsümə yay aylarında başlamaq niyyətindədir. Hətta “Red Bull”un məsləhətçisi Helmut Marko Avstriyada ardıcıl 2 Qran-Prinin keçiriləcəyini də istisna etməyib. “Maklaren”in icraçı direktoru Zak Braun da Avropa Qran-Prilərini azarkeşsiz keçirməyə hazırlaşdıqlarını bildirib. “Ferrari” pilotu Sebastyan Fettel isə bu deyilənlərlə razılaşmayıb.

Almaniyalı dördqat dünya çempionu azarkeşsiz yarışların mənasız olduğunu bildirib.

“Ferrari”pilotunun sözlərinə görə belə vəziyyətdə gözləmək ideal variantdır: “Əlbəttə, indiki şəraitdə baş verənlərə doğru qiymət vermək lazımdır. Formula 1-in maliyyə tərəfini nəzərə almaya bilmərik. Çempionat və komandalar yaşamalıdır. Amma digər tərəfdən də öz idman növümzün imicini də fikirləşməliyik.

Azarkeş olmadan Formula 1 Qran-Prisini təşkil etməyin əhəmiyyəti yoxdur. Yaxşısı budur ki, belə vəziyyətdə tələsməyək. Yarışı azarkeşsiz keçirməkdənsə, vəziyyətin düzələcəyini gözləmək daha yaxşıdır”.


Xəbər 637 dəfə oxundu.