Tennisçilər üçün xüsusi fond yaradılıb
Koronavirus elitar idman növləri arasında tennisə daha ağır zərbə vurub. Belə ki, Beynəlxalq Tennis Federasiyası müxtəlif kateqoriyalar üzrə 900 turniri ləğv edib və ya təxirə salıb. Nəticədə tennisçilər qazanclarından məhrum olub.

Reytinq cədvəlinin liderlər qrupundakı raketka ustalarının müflisləşmə qorxusu yoxdur. Amma bir qədər aşağı pillələrdə olanlar müəyyən çətinlik çəkir.

Artıq tennisçilərin problemlərinin həlli üçün xüsusi fond yaradılıb. Beynəlxalq Tennis Federasiyası ATP, WTA və “Böyük dəbilqə” turnirlərinin təşkilatçıları tennisçilərin böhran vəziyyətini nəzərə alaraq belə bir layihəyə başlayıb. Fondun büdcəsi 5-8 milyon dollar olacaq. Bu vəsait ilk “100-lük”dən kənarda qalan tennisçilər arasında bölünəcək. İlk növbədə 250–700-cü pillələrdə qərarlaşan tennisçilərə yardım göstəriləcək. Onların hərəsinə 10 min dollar nəzərdə tutulub.

Xəbər 701 dəfə oxundu.