Bakının "Sabah" klubu "Orlando Payrets”in futbolçusunu transfer etmək istəyir
Cənubi Afrika Respublikasının (CAR) “Orlando Payrets” klubunun futbolçusu Vinsent Pule Bakının "Sabah" komandasının maraq dairəsinə düşüb.

Bakı təmsilçisi 28 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir.

Xəbərdə qeyd edilib ki, daha öncə CAR-dan Hendrik Ekşteyni heyətinə cəlb edən “Sabah” bu ölkədəki yerli futbolçuları izləyir.

AZƏRTAC

Xəbər 661 dəfə oxundu.