“Tokio-2020” Olimpiadası üçün alınan biletlər gələn il də qüvvədə olacaq
Beynəlxalq Olimpiya Komitəsi (BOK) “Tokio-2020” Yay Olimpiya Oyunlarının koronavirus pandemiyası səbəbindən təxirə salınması ilə bağlı bəzi məqamları açıqlayıb.

“Tokio-2020” Təşkilat Komitəsi bu il Olimpiada üçün alınan biletlərin 2021-ci ildə də etibarlı olacağını və yarışlara gələ bilməyən bilet sahiblərinə kompensasiya ödəniləcəyini bildirib. Qeyd edilib ki, BOK otel və ya təyyarə biletləri üçün sifarişlərə görə məsuliyyət daşımır. Çünki burada üçüncü tərəf var. Olimpiya Oyunlarında tamaşaçı kimi iştirak etmək istəyənlər onları maraqlandıran suallara cavab almaq üçün birbaşa “Tokio-2020” Təşkilat Komitəsi və ya sifariş verdikləri şirkətlərlə əlaqə saxlaya bilərlər.

AZƏRTAC

Xəbər 645 dəfə oxundu.