«Beşikdaş»da Aybaba dövrü | |
«Ağ-qaralar»da uzun sürən baş məşqçi axtarışları sona çatıb. Son günlərdə Mustafa Dənizlinin adı gündəmdə olmasına baxmayaraq, onun klub prezidenti Fikrət Ormanla görüşmələri bir nəticə vermədi. Elə isveçli mütəxəssis Sven-Qoran Eriksson gözləmələri də doğrulmadı. İdman.com.az saytı xəbər verir ki, son iki gündə ön sıraya çıxan bir ad öz yerini tutdu və ağ-qaralar klubun sükanını Səməd Aybabaya tapşırdılar. Aybaba 4 illik razılaşma əldə edilib. «Beşikdaş»ın idarə heyətində futbol komitəsinin üzvü Əhməd Qavalçı yeni təyinatla bağlı açıqlama verib: «Səməd Aybaba bütün ictimaiyyətimizə xeyirli olsun. Onunla 4 illik müqavilə imzaladıq. Baş məşqçi öz köməkçilərini 1 həftə ərzində təyin edəcək». Kavalçının söylədiyi məşqçi köməkçilərinin Rəcəb Çətin və Ulvi Güvənəroğlu olması gözlənilir. Səməd Aybabanın özünə gəldikdə, futbolçu karyerasını əsasən məhz «Beşikdaş»da (1977-1988-ci illər) keçirib və 11 mövsümə 431 oyunda 8 qol vurub. Məşqçilik karyerası isə çox zəngin və rəngarəng olub: 1993-1994 «Ərciyəsspor» 1994-1995 «Adana Dəmirspor» 1996-1997 «Ərciyəsspor» 1997-1999 «Ankaragücü» 1999-2000 «Bələdiyyə Vanspor» 2000 «Gənclərbirliyi» 2001-2002 «Qaziantəpspor» 2002-2004 «Trabzonspor» 2004-2008 «Ankaraspor» 2006 «Qaziantəpspor» 2007-2008 «Çaykur Rizəspor» 2007-2010 «Bursaspor» 2008-2009 «Gənclərbirliyi» 2010-2011 «Bucaspor» |
|
Xəbər 955 dəfə oxundu. |
|
|