“Ferrari”-nin keçmiş rəhbəri koronavirus pandemiyasına qarşı mübarizəyə qoşulub
2014-2019-cu illər arasında “Ferrari” komandasına rəhbərlik etmiş sabiq icraçı direktor Mauritsio Arrivabene koronavirus pandemiyasına qarşı mübarizəyə qoşulub.

Azsport.az saytı xarici KİV-lərə istinadən xəbər verir ki, 63 yaşlı italiyalı sabiq icraçı direktor koronavirusla mübarizəyə dəstək olmaq üçün könüllü olaraq təcili yardım sürücüsü kimi işə başlayıb.

Qeyd edək ki, İtaliyada indiyədək koronavirus səbəbindən 24 mindən çox insan dünyasını dəyişib.

Aynurə PƏNAHQIZI

Xəbər 1360 dəfə oxundu.