FIFA20 Milli Liqası davam edir
“Gaming League Azerbaijan”, Azərbaycan Kiberidman Federasiyası, Gənclər və İdman Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə keçirilən FIFA20 Milli Liqasının 4 turu arxada qalıb.

4 turdan sonra Cavid Murtuzayevin təmsil etdiyi “Kalbacar Wolves” komandası yüz faizlik nəticə toplayaraq 12 xalla turnir cədvəlinin lideridir. Eyni xala malik, Cavid Qurbanovun təmsil etdiyi “Nakhchivan Alinja Tower” kollektivi 2-ci sırada qərarlaşıb. İlk üçlüyü isə aktivində 9 xal olan və İbrahim Kərimovun başçılıq etdiyi “Gobustan Stones” komandası tamamlayır.

Ümumi mükafat fondu 17 min manat olan liqanın növbəti turlarına aprelin 23-dən start veriləcək.


Xəbər 670 dəfə oxundu.