Azərbaycan Milli Paralimpiya Komitəsi müsabiqə keçirir
Koronavirusla əlaqədar ölkədə tətbiq olunan karantin müddətində yaradıcı insanların #evdəqal #evdəyarat hərəkatına qoşulmağını təşviq etmək məqsədilə Azərbaycan Milli Paralimpiya Komitəsinin talismanının yaradılması üçün müsabiqə keçirilir.

Rəsmləri plakat və kompüter proqramlarından istifadə edərək hazırlamaq lazımdır. Hazırlanmış işləri press@paralympic.az elektron ünvanına ad, soyad, ata adı, əlaqə nömrəsi və mövzuda “Talisman” yazaraq göndərə bilərsiniz.

Müsabiqə mayın 1-dək davam edəcək.

Müsabiqənin qalibi və onun mükafatlandırılması Azərbaycan Milli Paralimpiya Komitəsində təşkil olunacaq münsiflər heyətinin rəyinə əsasən müəyyən ediləcək.

Xəbər 695 dəfə oxundu.