Azərbaycan – Türkiyə matçında Azərbaycan şahmatçıları üz-üzə
Aprelin 23-də Azərbaycan şahmatçılarının iştirakı ilə Azərbaycan – Türkiyə onlayn matçı keçiriləcək.

Azsport.az saytı xəbər verir ki, ölkəmizin Türkiyədəki səfirliyinin və SOCAR-Türkiyənin dəstəyi ilə keçirilən matçda hər iki tərəfi Azərbaycan şahmatçıları təmsil edir. Azərbaycan komandasının tərkibində Rauf Məmmədov, Vasif Durarbəyli, Azər Mirzəyev, Ürfan Sevdimalıyev, Səbinə İbrahimova və Zaur Süleymanov çıxış edəcəklər. Türkiyə komandasında bu ölkədə yaşayan Azərbaycan şahmatçıları çıxış edəcək. Bu komandanın heyətində Vüqar Rəsulov, Misrəddin İsgəndərov, Cəmil Ağamalıyev, Zaur Məmmədov, Nərmin Məmmədova ilə yanaşı ölkəmizin Türkiyədəki səfiri Xəzər İbrahim də yer alır.

Xəbər 654 dəfə oxundu.