“Armagedon” günü
Dünya çempionu Maqnus Karlsenin dəvəti ilə keçirilən onlayn şahmat turnirinin ikinci turuna yekun vurulub.

Azsport.az saytı xəbər verir ki, bu gün keçirilən hər iki qarşılaşmada əsas vaxt heç-heçə başa çatdığından qalibi “armagedon” müəyyən edib. Rusiyalı Yan Nepomnyaşi fransalı Maksim Vaşye-Laqrava, ABŞ şahmatçısı Fabiano Karuana isə çinli Dinq Lirenə 3:2 hesabı ilə qalib gəlib. Hər iki qalib “armagedon” səbəbindən turdan 2 xal götürüb. Məğlublar isə eyni səbəbdən 1 xal qazana biliblər.

Hazırda Karlsen və Karuana 5 xalla öndədirlər. Nakamura, Vaşye-Laqrav, və Liren 4 xala malikdirlər. Nepomnyaşinin 2 xalı var. Firuzca və Giri hələ ki, xalsızdırlar.


Xəbər 618 dəfə oxundu.