Arzumanov zədələndi, Malyutinlə döyüşə Renat Həsənov çıxacaq
İyunun 21-də Sankt-Peterburqdakı Buz arenasında qarışıq döyüş növləri üzrə möhtəşəm gecə keçiriləcək. İdman.com.az saytının məlümatına görə, gecənin ən maraqlı görüşü məşhur Fyodr Yemelyanenkoyla Pedro Xizzo arasında olacaq. Sevindirici haldır ki, mötəbət döyüş gecəsində “Miks Fayt” Qarışıq Döyüş Liqasının da təmsilçisi olacaq. Təşkilatçıların son illər qazandığı ardıcıl qələbələri nəzərə alaraq azərbaycanlı Bəxtiyar Arzumanova dəvət göndərməsi barədə məlumat vermişdik.

Təəssüf ki, Arzumanov məşq zamanı aldığı zədəyə görə yarışda iştirak edə bilməyəcək. "Mİks Fayt" Qarışıq Döyüş Liqasının prezidenti Kənan Məmmədovun sözlərinə görə Arzumanov yalnız 1 aydan sonra rinqə çıxa bilər. İyunun 21-də keçiriləcək möhtəşəm şouda Azərbaycanı Renat Həsənov təmsil edəcək.

Onun rəqibi Rusiyanın tanınmış idmançılarından biri Mixail Malyutin olacaq.Təcrübəli Malyutin özünü yeni çəkidə 65,8 kq-da sınayır. Ring of Combat, UFC Fan EXPO Grappling и Naga Grappling Championship kimi mötəbər turnirlərin qalibi eyni zamanda dünya çempionudu. Bəziləri Malyutinin karyerasının qürub çağını yaşadığını düşünsə də, o yüksək səviyyəli çıxışıyla idmandan ayrılmaq fikrində olmadığını göstərir.

Renat Həsənov gənc olmasına baxmayaraq MMA-ın perspektivli idmançılarından sayılır. Kənan Məmmədovun sözlərinə görə hazırda Həsənov intensiv məşqlərdə iştirak edir. İdmançı Malyutinlə döyüşə tam hazır olacaq. "Miks Fayt" rəhbəri Renat Həsənovun qələbə qazanacağına inandığını bildirib.

Xəbər 2250 dəfə oxundu.