Vaşye-Laqrav: Teymur məhkəməyə gedib-getməməyə özü qərar verməlidir
Şahmat tacı uğrunda namizədlərin turnirinə Teymur Rəcəbovun imtinasından sonra qatılan və yarımçıq dayandırılan turnirin ilk dövrəsini lider kimi başa vuran fransalı qrossmeyster Maksim Vaşye-Laqrav müsahibəsində Azərbaycan şahmatçısının FİDE-yə iradlarının nə qədər əsaslı olması ilə bağlı sualı cavablandırıb.

Azsport.az saytı xəbər verir ki, Vaşye-Laqrav Teymurla bağlı sualın cavabında bunları deyib: “Məncə, o, digər oyunçularla ünsiyyət qurmadan çox tez çıxdı. İndi o qərar verməlidir ki, məhkəməyə getsin, ya yox. Hazırkı vəziyyətdə düşünürəm ki, FİDE istəsəydi belə onu turnirə qaytara bilməzdi. Turnirin qaydalarında yarışın dayandırılması halında davamı şərti əvvəlcədən müəyyən edilmişdi. Buna görə də biz həmin heyət və həmin nəticələrlə davam etməliyik”.


Xəbər 602 dəfə oxundu.