Rafael Nadal: Mən idman yarışlarının ləğv edilməsini başa düşmürəm, lakin qaydaları qəbul edirəm
İspan tennisçi, tək yarışlarda dünyanın ikinci dərəcəli tennisçisi Rafael Nadal "Instagram" səhifəsinin efirində deyib: "Mən nə üçün tennis oynaya bilməyəcəyimizi başa düşmürəm, axı kortda tennisçilər arasında məsafə yetərincə təhlükəsizdir. Lakin mən qaydaları qəbul edirəm və onlara uyğun yaşayacağam".

34 yaşlı ispan tennisçi koronavirusdan dünyasını dəyişənlərə görə təəssüfləndiyini, onların yaxınlarının dərdinə şərik olduğunu bildirib.

Xatırladaq ki, bütün beynəlxalq tennis turnirləri koronavirus pandemiyasına görə 2020-ci il iyulun 13-dək dayandırılıb.

AZƏRTAC

Xəbər 725 dəfə oxundu.