Basketbol üzrə Avroliqanın pley-off mərhələsi ləğv oluna bilər
Basketbol üzrə Avroliqada mövsümün nə vaxt bərpa olunacağı bilinməsə də, liqa rəhbərliyi yarışın formatına dair müəyyən planlar hazırlayır. Vaxt məhdudiyyətinə görə turnirin müəyyən hissəsinin ixtisara salınması gözlənilir. Təşkilat komitəsi bu variantı pley-off mərhələsinə şamil etmək istəyir.

Avroliqanın rəhbərliyi müntəzəm çempionatı sonadək davam etdirməyi planlaşdırır. Halbuki, belə məqamda komandaların turnir cədvəlindəki mövqeyinə görə də pley-offu keçirmək mümkün idi. Ancaq təşkilatçılar bu reqlamentin idman prinsiplərinə zidd olacağını nəzərə alaraq onu tamamilə istisna edib.

Xatırladaq ki, Avroliqada müntəzəm çempionat koronavirus pandemiyasına görə martın 12-də dayandırılmışdı. Onu başa çatdırmaq üçün hələ 6 tur keçirilməlidir. Növbəti mövsüm üçün “vayld kart” əldə edən komandaların adları isə bir müddət sonra bilinəcək. Bundan əvvəl isə əlavə lisenziya qazanan komandalar iyunadək müəyyənləşirdi.

Xəbər 655 dəfə oxundu.