Sebastyan Fettel “Ferrari” ilə müqaviləni yeniləməkdən imtina edib
“Ferrari”nin almaniyalı pilotu Sebastyan Fettel komandası ilə müqaviləni yeniləməkdən imtina edib.

Azsport.az saytı “La Gazetta dello Sport” nəşrinə istinadən xəbər verir ki, “Ferrari” Fettelə ildə cəmi 12 milyon avro təklif edib və müqavilənin müddətinin uzadılmasını istəyib. Lakin pilot bu şərtlərlə razışlaşmayıb. O, müqavilənin iki il müddətinə bağlamaq istədiyini bildirib.

Qeyd edək ki, dördqat dünya çempionunun hazırkı sözləşməsi cari ilin sonunda başa çatacaq. Mövcud müqaviləyə əsasən pilotun illik əmək haqqı 40 milyon avro təşkil edir.

Aynurə PƏNAHQIZI

Xəbər 653 dəfə oxundu.