“Silverstoun 2 yarış qəbul etməyə hazırdır”
“Silverstoun 2 yarış qəbul etməyə hazırdır”.

Azsport.az saytı xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri Silverstoun Qran-Prisinin başçısı və Formula 1 Promouterləri Assosiasiyasının sədri Stüart Prinql deyib.

“Biz çempionatın rəhbərliyi ilə bütün variantları müzakirə etmişik. Hal-hazırda ardıcıl iki yarış keçirdə bilərik. Bu işin öhdəsindən gələ biləcəyimizə əminəm, çünki təcrübəmiz çoxdur. Formula1 rəhbərliyi də il ərzində mümkün qədər çox yarış keçirilməsi üçün əlindən gələni edir. Yeni təqvimin may ayının əvvəllərində dəqiqləşəcəyini düşünürəm”,- deyə, S.Prinql əlavə edib.

Qeyd edək ki, koronavirus pandemiyasına görə Formula 1 üzrə dünya çempionatının yeni mövsümünə start verilməyib. Belə ki, Avstraliya və Monako Qran-Priləri ləğv olunub. Vyetnam, Bəhreyn, Çin, Niderland, İspaniya, Azərbaycan və Kanada mərhələləri qeyri-müəyyən vaxta təxirə salınıb.

Aynurə PƏNAHQIZI

Xəbər 637 dəfə oxundu.