Zeynəb Məmmədyarova onlayn seans verəcək
Şahmat üzrə qadınlardan ibrarət Azərbaycan yığma komandasının üzvü Zeynəb Məmmədyarova şahmatsevərlərlə onlayn seans keçirəcək.

Azsport.az saytı xəbər verir ki, seansın aprelin 23-də saat 15:00-da Lichess.org şahmat platforması üzərindən keçirilməsi planlaşdırılır. Seansda qeydiyyatdan keçmiş ilk 20 şahmatçı iştirak edəcək.

Xəbər 838 dəfə oxundu.