Şevçenko qəzaya uğrayıb
İsveç yığması ilə oyun günü ukraynalı ulduz Andrey Şevçenko üçün tək iki qolunin gətirdiyi sevinclə deyil, xoşagəlməz bir hadisə ilə də yadda qalacaq. Azarkeşlərinə böyük sevinc bəxş edən futbolçu bundan bir neçə saat sonra avtomobil qəzasına düşüb.

Ukrayna yığmasının kapitanı avtomobildə tək olmayıb. Maşında onun yanında hamilə xanımı Kristin Pazik də olub. Xoşbəxtlikdən nə futbolçu, nə də onun xanımı xəsarət almayıblar.

İdman.com.az saytının məlümatına görə, qəzanın səbəbkarı Şevçenko deyil, başqa bir sürücü olub. Futbolçu zolaqların qarşısında dayanıb piyadaya yol verərkən naməlum Cip onun üzərinə yeriyib.

Xəbər 1056 dəfə oxundu.