Sambo üzrə Avropa çempionatı sentyabrda təşkil olunacaq
Avropa Sambo Federasiyası (ASF) qitə çempionatının yeni vaxtını açıqlayıb.

Qurum koronavirus pandemiyasına görə mayın 22-24-də keçirilməsi planlaşdırılan Avropa çempionatının vaxtını dəyişib. ASF-nin qərarına əsasən turnir sentyabrın 18-20-də əvvəlcədən nəzərdə tutulduğu kimi Yekaterinburqda keçiriləcək.

Qeyd edək ki, ötən il təşkil olunan Avropa çempionatında Azərbaycan samboçuları 2 bürünc medal qazanıblar.


Xəbər 647 dəfə oxundu.