Namizədlərin turnirinin davamı avqust-sentyabra planlaşdırılır
FİDE prezidenti Arkadi Dvorkoviç dünya şahmat tacına namizədlərin turnirinin ikinci dövrəsinin bu il avqust-sentyabr aylarında keçiriləcəyini bildirib.

Azsport.az saytı xəbər verir ki, eyni fikri FİDE-nin vitse-prezidenti Naycel Şort da təkrarlayıb: “Koronavirus pandemiyası səngiyərsə, bu həqiqətən də real bir ssenaridir. Aydındır ki, hər şey dünyada olan ümumi vəziyyətdən və sərhədlərin açılmasından asılıdır. Turnirin 8 iştirakçısı 5 ölkəni təmsil edir. Onların hər biri Yekaterinburqa və ya başqa bir şəhərə çata bilməlidir. Belə bir ümid var. Biz istərdik ki, təqvimi pozmayaq və iki illik çempionluq siklini vaxtında tamamlayaq”.

Şort bildirib ki, virusla bağlı vəziyyət yayda yaxşılaşmasa, turnirin davamını dekabra salacaqlar. O halda çempionluq matçını gələn ilin martından tez oynamaq mümkün olmayacaq. Belə ki, Maqnus Karlsenin rəqibinə hazırlıq üçün vaxt lazım olacaq.

Xəbər 461 dəfə oxundu.