Bu gün şahmat üzrə onlayn superturnirin ikinci turunun oyunları keçiriləcək
Aprelin 20-də hazırkı dünya çempionu, norveçli Maqnus Karlsenin təşkilatçılığı ilə keçirilən şahmat üzrə onlayn superturnirin ikinci turunun oyunları keçiriləcək.

Bugünkü iki dueldə Maqnus Karlsen FIDE bayrağı altında çıxış edən Əlirza Firuzca, amerikalı Hikaru Nakamura Niderland təmsilçisi Aniş Giri ilə üz-üzə gələcəklər. Ötən turun nəticələrinə görə, M.Karlsen 2 xalla dördüncü, H.Nakamura 1 xalla beşinci yerdə qərarlaşıblarsa, Ə.Firuzca ilə A.Giri xalsız qalıblar.

Turnirin mükafat fondu 250 min dollardır.

Xəbər 517 dəfə oxundu.