“Real” Qaret Beyl və daha 5 oyunçunun satışından 121 milyon avro gəlir əldə edə bilər
İspaniyanın "Real" futbol klubu ən yaxın transfer pəncərəsində altı oyunçu satmaq niyyətindədir.

“Azsport.az” saytı “ТАСС” agentliyinə istinadla xəbər verir ki, klub bu oyunçuların satışından 121 milyon avro gəlir əldə edə bilər. Məlumatda vurğulanıb ki, satışa çıxarılacaq oyunçuların siyahısına uelsli hücumçu Qaret Beyl, kolumbiyalı yarımmüdafiəçi Hames Rodriqes, ispaniyalı yarımmüdafiəçi Lukas Baskes, Dominikan hücumçusu Mariano Diasla yanaşı, ispaniyalı müdafiəçilər Naço Fernandez (klub onun əvəzinə alman "Leyptsiq"inin fransız müdafiəçisi Dayo Upamekanonu ala bilər) və Alvaro Odriosola (bu, mövsümün sonuna qədər Almaniyada oynayacaq mərakeşli müdafiəçi Əşrəf Hakiminin İspaniya klubuna qayıdacağı halda baş verəcək) daxildirlər.

“Real Madrid”in satışa çıxarılacaq oyunçularının ümumi dəyəri 121 milyon avrodur. Satışın səbəblərindən biri koronavirus pandemiyası səbəbindən itkilərə görə vəsait əldə etməkdir.
Bəsti Sabirqızı

Xəbər 676 dəfə oxundu.