Qadın voleybolçulardan ibarət milli komandamız reytinq cədvəlində mövqeyini qoruyub
Beynəlxalq Voleybol Federasiyası milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

Hesabında 127 reytinq xalı olan qadın voleybolçulardan ibarət milli komandamız mövqeyini qoruyub. Belə ki, voleybolçularımız 26-cı yerdə qərarlaşıblar.

Siyahıya Çin voleybolçuları başçılıq edirlər.

Xəbər 668 dəfə oxundu.