“Korona”lı, ya “korona”sız, amma viruslu
Milli Hokkey Liqasının (NHL) Şöhrət zalının üzvü, “Toronto Meypl Lifs”in əfsanəsi, 100 illiyin dünyada ən yaxşı hokkeyçilərindən ibarət rəmzi komandanın müdafiəçisi seçilmiş isveçli Anders Berye Salminqin 69 yaşı aprelin 17-də tamam olub. Hokkeyçi müsahibəsində son xəstəliyini təsvir edib: “Dəhşət idi. Nəfəs ala bilmirdim. Hıtta deyərdim ki, bəzən heç nəfəs ala bilmirdim. Hələ ürəkbulanma və titrətməm də var idi. Elə bilirdim ki, axırım çatıb və ölürəm”, deyən Salminq dəhşətli günlər keçirdiyini bildirir, “Nə yaxşı ki, təcili tibbi yardım vaxtında yetişdi və məni xəstəxanaya çatdırdı. Mənə demədilər bu koronavirusdur, ya yox. Axı o vaxt İsveçdə bu bəla hələ ayaq açıb yerimirdi. Mənə elə gəlir ki, koronavirusa yoluxmuşdum. Hər halda evdə oturmaq və özümə gəlməyə çalışıram”.

Qeyd edək ki, İsveç karantin elan edilməyən nadir ölkələrdəndir. Burada insanların əsasən şüurlu seçiminə və tövsiyələrə əməl edəcəyinə güvənirlər. Ölkədə 14 385 yoluxma var, ölənlərin sayı 1540 nəfərdir.

Xəbər 695 dəfə oxundu.