Biatlonçu özünə “koronavirus peşəsi” tapdı
Kanadalı biatlonçu Jül Bürnot pandemiya genlərində maraqlı fəaliyyət növü tapıb. O, doğma şəhəri Monrealda yardıma ehtiyacı olanlara yemək daşınması xidmətində könüllü kimi çalışır. “Son günlər qarlı-yağışlı hava şəraiti olsa da, mən də əlimdən gələni etmək üçün bu işə qoşuldum. Həm də bu iş mənə evdən çölə çıxmaq imkanı verir. Bizim bu layihə lazım olan qədər fəaliyyət göstərəcək və insanlara köməyimizi əsirgəməyəcəyik”, deyə o bildirib.



Xəbər 678 dəfə oxundu.