Bu turnirdə də Azərbaycanı Fransa əvəz etdi
Chess.com saytı üzərindən namizədlər turnirinin iştirakçılarının ölkələrinin 16 yaşadək şahmatçıları arasında onlayn turnir keçirilib.

Şahmatçımız Teymur Rəcəbov namizədlər turnirinə qatılsaydı bu turnirdə Azərbaycan yeniyetmələri iştirak edərdi. Ancaq namizədlərin turnirində Teymuru fransalı Maksim Vaşye-Laqrav əvəz etdiyindən, bu onlayn yeniyetmə turnirinə də fransalı 16-yaşlılar qatlılıblar.

Azsport.az saytı xəbər verir ki, namizədlər turnirində 5 ölkənin – ABŞ, Çin, Rusiya, Fransa və Niderlandın təmsilçiləri iştirak etdiyindən, 16-yaşlıların onlayn turnirində də bu ölkələrin yığmaları, eləcə də, əlavə olaraq, FİDE-nin komandası yarışıb. FİDE və Çin yığmaları 8 komanda xalı toplayıblar. Fərdi xallara görə FİDE komandası (19,5) 1-ci, çinlilər 2-ci yeri tutublar. Rusiya yığması 7 xalla 3-cü, ABŞ yeniyetmələri 3 xalla 4-cü olublar, Fransa və Niderland təmsilçiləri 2 xalla 5 və 6-cı pillələrdə qərarlaşıblar.

Xəbər 564 dəfə oxundu.