“Vuhan” klubunun futbolçuları doğma şəhərə qayıdıblar
Çinin “Vuhan” futbol klubunun oyunçuları koronavirus pandemiyasından sonra doğma Vuhan şəhərinə qayıdıblar.

“Azsport.az” saytı xarici KİV-lərə istinadla xəbər verir ki, klubun futbolçuları koronavirus infeksiyasına yoluxma təhlükəsi səbəbindən şəhəri tərk etməli olmuşdular.

Qeyd edək ki, koronavirus epidemiyası ilk dəfə məhz Çinin Vuhan vilayətində yayılmağa başlayıb. Ümumilikdə, koronavirusa 2,3 milyondan çox insan yoluxub, onlardan 160 mindən çoxu dünyasını dəyişib.

Bəsti Sabirqızı

Xəbər 716 dəfə oxundu.