PSJ Neymara ildə 38 milyon avro maaşla beşillik müqavilə təklif edəcək
PSJ rəhbərliyi Neymarı komandasında saxlamağa çalışır.

“Azsport.az” saytı xarici KİV-lərə istinadla xəbər verir ki, parislilər 28 yaşlı braziliyalı ilə 2025-ci ilə qədər müqavilə bağlamaq fikrindədirlər. Futbolçunun maaşı mövsüm üçün 38 milyon avro təşkil edəcək.

Qeyd edək ki, Neymarın PSJ ilə müqaviləsi 2022-ci ildə başa çatır. Hazırda futbolçu mövsüm üçün 31,6 milyon avro əmək haqqı alır.

B.Sabirqızı


Xəbər 672 dəfə oxundu.