İtaliyada turnirlərin dayandırılması milyardlarla maliyyə itkisinə səbəb olacaq
İtaliyanın nüfuzlu “Corriere dello Sport” nəşri A Seriyası və digər turnirlərin dayandırılmasının ölkədə maliyyə itkilərinə səbəb olacağını bildirib.

“Azspor.az” saytı xəbər verir, nəşrin məlumatına görə, İtaliya 60 milyard avroya qədər maliyyə itkisi ilə üzləşəcək. Bu, İtaliya ÜDM-nin 3,8 faizini təşkil edir.

İtaliya klubları mayın 4-də məşqlərə qayıda bilərlər.

Mənbənin sözlərinə görə, koronavirus pandemiyasına görə turnirlərin dayandırılması bu yarışların keçirilməsi ilə müəyyən dərəcədə əlaqəli olan 14 milyona yaxın insana təsir göstərə bilər.

B.Sabirqızı

Xəbər 656 dəfə oxundu.