Şahmat üzrə onlayn turnirdə ikinci günün qarşılaşmaları keçiriləcək
Aprelin 19-da hazırkı dünya çempionu, norveçli Maqnus Karlsenin təşkilatçılığı ilə keçirilən şahmat üzrə onlayn superturnirin ikinci gününün oyunları baş tutacaq.

Bu gün keçiriləcək oyunlarda amerikalı Fabiano Karuana rusiyalı Yan Nepomnyaşi, fransalı Vaşe-Laqrav isə Niderland təmsilçisi Aniş Giri ilə üz-üzə gələcəklər.

Aprelin 18-də keçirilmiş ilk turun oyunlarında Maqnus Karlsen və amerikalı şahmatçı Hikaru Nakamuranı, çinli Liren Dinq FIDE bayrağı altında çıxış edən Əlirza Firuzcanı məğlub edib.

Yekun nəticəyə görə L.Dinq 3 xalla turnir cədvəlində birincidir. M.Karlsenin 2, H.Nakamuranın 1 xalı var. Ə.Firuzcanın isə hələlik xalı yoxdur.

Turnirin mükafat fondu 250 min dollardır.


Xəbər 550 dəfə oxundu.