Liren liderliyi ələ aldı
Hazırkı dünya çempionu, norveçli Maqnus Karlsenin təşkilatçılığı ilə onlayn şahmat superturniri start götürüb.

Maqnus Karlsenlə yanaşı, amerikalı şahmatçılar Fabiano Karuana, Hikaru Nakamura, fransalı Maksim Vaşe-Laqrav, çinli Liren Dinq, rusiyalı Yan Nepomnyaşi, Niderland təmsilçisi Aniş Giri və FIDE bayrağı altında çıxış edən Əlirza Firuzcanın mübarizə apardığı yarışda ilk turun iki qarşılaşması baş tutub.

Azsport.az saytı xəbər verir ki, Karlsen – Nakamura qarşılaşmasında 15 dəqiqəlik 4 partiya 2:2 hesabı ilə başı çatıb, “armaqedon”da isə norveçli dünya çempionu üstün olub. “Armaqedonlu” qələbəyə görə Karlsen turnir cədvəlində 2, Nakamura 1 xalla yer alıb. Firuzca - Liren qarşılaşmasında 4 partiyada qalib gələn (1,5:2,5) çinli 3 xalla turnir cədvəlinin önünə çıxıb. Firuzca hələ yarışa başlamayanlarla bərabər 0 xala malikdir.

İlk turun sabah keçiriləcək oyunlarında Karuana Nepomnyaşi ilə, Vaşye-Laqrav isə Giri ilə üz-üzə gələcək.

Xəbər 600 dəfə oxundu.