“Parma”nın futbolçuları bir aylıq məvaciblərindən imtina ediblər
A seriyasında çıxış edən “Parma”nın futbolçuları, məşqçiləri, texniki heyəti və idman direktoru bir aylıq məvaciblərindən imtina ediblər.

Bu barədə klubun rəsmi saytı bəyanat yayıb. Bəyanatda belə çətin vəziyyətdə “Parma”ya kömək etdiklərinə görə klubun bütün üzvlərinə təşəkkür ünvanlanıb.

Xatırladaq ki, İtaliyanın bir neçə klubunda koronavirus pandemiyasına görə oxşar addımlar atılıb. Bir müddət əvvəl, “Yuventus”un futbolçuları iyunadək maaşlarının bir hissəsindən imtina etmişdi. Amma mövsüm bərpa ediləcəyi tarixdən Turin klubunun oyunçularının əməkhaqqı tam şəkildə ödəniləcək.


Xəbər 598 dəfə oxundu.