Abbas Hünbətov yeni uğura imza atıb
Azərbaycan Sindo-ryu və Pencak-silat Federasiyasının prezidenti Abbas Hünbətov yeni uğura imza atıb.

A.Hünbətova Dünya Karate Konfederasiyası tərəfindən şorin-ryu üzrə 5-ci dan lisenziyası təqdim olunub.

Azərbaycanlı mütəxəssis mərkəzi Serbiyada yerləşən beynəlxalq federasiyanın prezidenti Marko Nikoviç tərəfindən şorin-ryunun inkişafındakı xidmətlərinə görə mükafatlandırıb.
Qeyd edək ki, Azərbaycan Sindo-ryu və Pencak-silat Federasiyasının təşkilatçılığı ilə şorin-ryu üzrə ölkəmizdə mütəmadi olaraq seminar və yarışlar təşkil olunur.

Xəbər 710 dəfə oxundu.