Çin klubu qeyri-adi stadionun tikintisinə başlayıb
Çinin “Quançju Everqrand” klubu qeyri-adi stadionun inşasına başlayıb.

“Azsport.az” saytı “Sport.ru” portalına istinadla xəbər verir ki, Çinin ən titullu klublarından birinin yeni arenası geniş ləçəkli lotus şəklində olacaq. 100 min nəfər tutumlu futbol stadionu, həm də dünyada ən böyük stadion kimi diqqəti cəlb edəcək. Lakin "Quançju Evergrande Arena"nın liderliyi çox çəkməyəcək. Çünki, Barselonanın “Camp Nou” stadionu yenidən qurulduqdan sonra birinci yerə çıxacaq.

"Quançju Evergrande Arena"nın inşaat dəyəri 1,5 milyard avrodur. Layihə məşhur dizayner Hasan Sayed tərəfindən hazırlanıb.

B.Sabirqızı

Xəbər 705 dəfə oxundu.