Ferstappen virtual "Supercars" seriyasında üç dəfə Fəxri kürsüdə yer tutub
"Red Bull"un pilotu Maks Ferstappen uayld-kardla dəvət edildiyi "Supercars" onlayn seriyasının ikinci mərhələsində uğurla debüt edib.

İştirakçılar mərhələ çərçivəsində dörd yürüş keçiriblər. Ferstappen "Silverstoun" trasında birinci yürüşün təsnifatında altıncı yeri tutub, yürüşün özündə ikinci mövqeyə yüksəlib. Reversiv düzülüş qaydası tətbiq edilən ikinci yürüşdə Ferstappen starta sonuncudan əvvəlki mövqedən başlayıb, lakin bir neçə insidentin iştirakçısı olub. Bu səbəbdən erkən pit-stop etmək məcburiyyətində qalıb. Nəticədə Ferstappen finişə 18-ci gələ bilib.

Digər iki yürüş isə "Barselona-Kataloniya" virtual trasında keçirilib. Ferstappen birinci təsnifatda yenidən altıncı mövqeyi tutub, lakin startda yaranmış xaosdan istifadə edərək ikinci yerə çıxa bilib. Sonuncu yürüşdə isə Ferstappen starta beşinci çıxıb. O, yenidən vəziyyətdən istifadə edərək ikinci mövqeyə çıxıb və yalnız komanda yoldaşı Şeyn van Hizbergendən geri qalıb.


Xəbər 638 dəfə oxundu.