Beynəlxalq Yelkənli İdman Federasiyası BOK-dan maliyyə dəstəyi istəyib
Beynəlxalq Yelkənli İdman Federasiyası (World Sailing) koronavirus pandemiyasının yaratdığı problemlərlə əlaqədar olaraq, maliyyə dəstəyi üçün Beynəlxalq Olimpiya Komitəsinə (BOK) müraciət edib.

"Azsport.az" saytı xəbər verir ki, bu barədə “TASS” agentliyində məlumat verilib. Məlumatda bildirilir ki, Tokio Yay Olimpiya Oyunlarının tarixinin dəyişdirilməsi təşkilatın büdcəsində təxminən 2,3 milyon avro kəsir yaradacaq.

World Sailingin prezidenti Kim Andersen deyib: “Biz BOK-dan təşkilatı müvəqqəti maliyyələşdirməyi xahiş etdik. Bəzi məsələlərdə bir çox qeyri-müəyyənliklər var. Biz müəyyən məsələlərin həllində maliyyələşmədən asılıyıq, o cümlədən Olimpiya oyunları üçün pula olan ehtiyaca görə BOK bizə lazımi dəstəyi göstərməlidir.

Bəsti Sabirqızı


Xəbər 659 dəfə oxundu.