“Dinamo Zaqreb” futbol klubunun baş məşqçisi Nenad Byelitsa istefaya göndərilib
Xorvatiyanın “Dinamo Zaqreb” futbol klubunun baş məşqçisi Nenad Byelitsa istefaya göndərilib.

48 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma ilə xitam verilib.

Xorvatiya mətbuatı Byelitsanın koronavirusa görə maaşının azaldılmasına razı olmadığı üçün vəzifəsindən göndərildiyini yazıb. Xorvat mütəxəssisin köməkçiləri də eyni səbəbdən vəzifəsindən göndəriliblər.

Xəbər 600 dəfə oxundu.