Formula 1 təşkilatçılarının virtual konfransı baş tutub
Aprelin 16-da Beynəlxalq Avtomobil Federasiyası (FIA), Liberty Media və komanda rəhbərlərinin onlayn konfransı keçirilib.

Azsport.az saytı xarici KİV-lərə istinadən xəbər verir ki, baş tutan videokonfransda mövsümün başlanma tarixi, Silverstounda 3 yarış keçirilməsi və büdcə limiti məsələləri ilə bağlı müzakirələr aparıblar. 4-5 saatlıq virtual toplantıda Fransa və Belçika yarışlarının başqa tarixlərə keçirilməsi məsələsi də müzakirə olunub.

Konfransda o da bildirilib ki, hər bir komandaya müxtəlif büdcə limiti tətbiq edilə bilməz. Bunun əvəzində, gələnilki limit 175 milyon dollardan 145 milyon dollara salınacaq, 2022-ci ildə isə bu rəqəm 130 milyon dollar olacaq. 2021-ci ildən sonra komandalara yeni limitlər tətbiq ediləcək.


Aynurə PƏNAHQIZI

Xəbər 675 dəfə oxundu.