Bendtner cəzalana bilər
Danimarka yığmasının forvardı, portuqaliyalıların qapısına iki top vurmuş Niklas Bendtner cəzalandırıla bilər. İdman.com.az saytının məlumatına görə, UEFA sözügedən matçda danimarkalının reklam rəmzlərindən istifadə etməsinə sərt reaksiya verə bilər.

Futbolçu həmin oyunda ikinci qolu vurduqdan sonra öz alt paltarını nümayiş etdirib. Həmin alt geyimində İrlandiyanın bukmeker kontorunun emblemi həkk olunmuşdu. Bu isə UEFA qaydalarının ziddinədi. Qitə futbol qurumu Avropa çempionatında formalarda hər hansı reklam rəmzlərinin əks olunmasını qadağan edib.


Xəbər 1031 dəfə oxundu.