Britaniyalı boksçu Entoni Coşua Tayson Fyurini döyüşə çağırıb
Dünya Boks Assosiasiyasının versiyalarının (WBA), Dünya Boks Təşkilatı (WBO) və Beynəlxalq Boks Federasiyasının (IBF) ​ ağır çəkidə çempionu britaniyalı Entoni Coşua Dünya Boks Şurası (WBC) tituluna sahib olan həmyerlisi Tayson Fyurini döyüşə çağırıb. "Azsport.az" saytı xəbər verir ki, bu barədə “TASS” agentliyində məlumat verilib.

O, deyib: "Əgər sən həqiqətən özünü bir nömrəli adlandırmaq istəyirsənsə, mənimlə vuruş. Super ağır çəkidə bir neçə kəmərim var. Döyüşümüzlə kimin bütün kəmərləri taxmağa və mübahisəsiz ən yaxşı olmağa layiq olduğumuzu ayırd edə bilərik".

30 yaşlı E.Coşuanın aktivində 23 qələbə (21 nokaut) bir məğlubiyyət var. Britaniyalının növbəti döyüşü bolqar Kubrat Pulevə qarşı iyunun 20-də Londonda keçirilməli idi, ancaq koronavirus pandemiyası səbəbi ilə döyüş qeyri-müəyyən müddətə təxirə salınıb. Bu döyüşdə E.Coşua IBF kəmərini müdafiə etməli idi.

31 yaşlı T.Fyurinin hesabında 30 qələbə (21 nokautla) və bir bərabərlik var. Boksçunun oktyabrın 3-də amerikalı Deontey Uaylderlə döyüşü planlaşdırılıb. Əvvəllər onlar iki dəfə görüşüblər, ilk matçda heç-heçə qeydə alınıb, ikincidə isə amerikalı qələbə qazanıb.

B.Sabirqızı

Xəbər 837 dəfə oxundu.