UEFA İcraiyyə Komitəsi videokonfrans keçirəcək
UEFA İcraiyyə Komitəsi aprelin 23-də videokonfrans keçirəcək.

Hazırda Avropadakı milli çempionatların əksəriyyəti koronavirus pandemiyası səbəbindən dayandırıldığı üçün videokonfransda çempionatların bərpası, eləcə də həm daxili, həm də avrokuboklarla bağlı məsələlərə baxılacaq.

Qeyd edək ki, bundan əvvəl, aprelin 21-də UEFA-ya üzv olan 55 milli assosiasiya ilə görüş də keçiriləcək.

AZƏRTAC

Xəbər 552 dəfə oxundu.