Eltac Səfərli ölkə çempionu oldu
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə baş tutan şahmatın bullet növü üzrə 1-ci Azərbaycan çempionatı başa çatıb.

Azsport.az saytı xəbər verir ki, onlayn çempionatın qalibi yığma komandamızın üzvü Eltac Səfərli olub. Eltac keçirdiyi 17 oyundan 14 xal toplamaqla bullet üzrə Azərbaycan çempionu olub. Hərəyə 13.5 xal toplayan milli komandanın üzvləri Rauf Məmmədovla Qədir Hüseynov ikinci və üçüncü yeri tutublar. Çempionatda qazanılan qələbə Eltac Səfərliyə yarışın əsas mükafatı olan 3 000 manat məbləği də qazandırıb.


Xəbər 1074 dəfə oxundu.