Beynəlxalq Avtomobil Federasiyasının sabiq prezidenti Formula 1-də mövsümün başlanmasının əleyhinədir
Beynəlxalq Avtomobil Federasiyasının sabiq prezidenti Maks Mosli Formula 1-də mövsümün başlanmasının əleyhinədir.

M.Mosli mətbuata açıqlamasında yarış rəhbərliyini riskə getməməyə çağırıb.

Bildirib ki, vəziyyətin düzələcəyini gözləməyin özü də riskdir. Heç kim bundan xeyir görməyəcək. Mövsümün iyulda başlanacağına qətiyyən təminat vermək olmaz. Əksinə, mövcud vəziyyətdə iyulda risk altındadır. Qərarı indi qəbul etmək lazımdır. Bu məqamdan istifadə edib strukturu dəyişmək və gələcək yarışların təşkilati məsələlərində yeniliklər etmək lazımdır. Məhz bu yolla möhkəm maliyyə bazası formalaşdırmaq olar.


Xəbər 650 dəfə oxundu.